EN

Qaxda “Bahar turniri” keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə aprelin 19-da Qaxda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.

Apasport.az xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Qaxın 8 komandası mübarizə aparacaq.

Komandalar arasında qrup və final oyunları eyni gündə təşkil olunacaq.

İştirakçılar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

"Sabah" "Mançester Siti"yə 3 qol vurub, amma...

Yeqor Xvalko: "Nəticələrimiz qış fasiləsindən sonra düzəlib"

Sabiq "Qarabağ"lı vətəninə qayıtdı - Birinci Liqada çıxış edəcək

Millinin məşqçiləri nə iş görürlər? - Akademiyalardan soruşduq

Martinez tarixə düşdü - 1 gecədə 2 rekord

Chosen
226
8
apasport.az

10Sources