EN

Şabranda 3 nəfər seldə boğulub

Şabranda

Şabranda sel nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Məlumata görə, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb. 

Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. 

Mərhumun seldə boğulduğu bildirilir(Report).

Bundan əvvəl aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin - Şirvan şəhər sakini, 59 yaşlı Məmmədov Nurməmməd Qəhrəman oğlu və Salyan rayon sakini, 63 yaşlı Nağıyev Etibar Hafiz oğlunun meyiti aşkarlanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
Chosen
267
11
reyting.az

10Sources