EN

Parisdə ABŞ, Avropa və Ukrayna arasında danışıqlar baş tutub

Çərşənbə axşamı, aprelin 17-də Parisdə ABŞ, Ukrayna, Böyük Britaniya, Almaniya və Fransadan olan nümayəndələr toplaşıb. Müxtəlif formatlarda keçirilən danışıqlarda Ukraynada sülhün əldə olunması yolları müzakirə olunub.

Herbiand.az xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın Parisdəki nümayəndə heyətinin tərkibinə dövlət katibi Marko Rubio, Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və xüsusi elçi Stiven Vitkoff daxildir. Danışıqlarda Kiyevi Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerov təmsil edib.

Almaniyanı Almaniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Günter Sautter və Federal hökumətin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner təmsil edib.

Chosen
223
32
herbiand.az

10Sources