EN

Orta təhsil üzrə buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ

Bakı. Trend:

27 aprel tarixində keçiriləcək ümumi (9 illik) orta təhsilsəviyyəsi üzrə buraxılış imtahanında iştirak edən şagirdlərimtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumatyayıb.

Bildirilib ki, məlum olduğu kimi, aprelin 27-də Bakı şəhərininSabunçu (IIhissə), Nizami, Xəzər (IIhissə), Pirallahı rayonlarında, Sumqayıt (IIhissə), Abşeron (IIhissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (IIhissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (IIhissə), Masallı (IIhissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz(IIhissə), Quba (IIhissə), Bərdə, Tərtər, Ağdərə, Laçın rayonlarında, Bakışəhərinin xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri,cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisiingilis və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrininməzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik)orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

"Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov linkindənistifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsilmüəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələriniçap edə bilərlər.

Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Readerproqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindənqeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkliolmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsitərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər",- deyə əlavə edilib.

Qeyd edək ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerəuyğun rayonda (şəhərdə) imtahan verirlər. İşğaldan azad olunanrayonların məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsilmüəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğuntarixdə imtahan verirlər. Bakı şəhərinin Sabunçu Xəzərrayonlarında, həmçinin Sumqayıt, Abşeron, Şəmkir, Cəlilabad,Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərinşagirdlərinin imtahanı 2 imtahan gününə (hissələrə) bölünüb vəmüvafiq olaraq “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd olunantarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqındaməlumat açılır.

Məqalədə:
Chosen
124
35
az.trend.az

10Sources