EN

Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılacaq

Bakı. Trend:

“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumatbankının təşkili və aparılması Qaydası”na əlavələr edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi uşaq hüquqlarının həyata keçirilməsinə dair elektronməlumat bankının (bundan sonra – Məlumat bankı) formalaşdırılmasınıdoqquz ay müddətinədək təmin etməlidir.

Dövlət Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iləbirlikdə Məlumat bankının “Dövlət informasiya ehtiyatlarının,sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxiledilməsini, həmçinin fərdi məlumatların informasiya ehtiyatlarınınvə sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını təminetməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu”(G-cloud) Konsepsiyasına uyğun olaraq, Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Məlumat bankının, ocümlədən Məlumat bankında toplanılan məlumatların (sənədlərin)ehtiyat nüsxələrinin “Hökumət buludu”nda yerləşdirilməsini təminetməlidir.

RİNN “Dövlət informasiya ehtiyatları və sistemlərininformalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsiQaydaları”na uyğun olaraq, Məlumat bankının aidiyyəti dövlətinformasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsiniElektron Hökumət İnformasiya Sistemi vasitəsilə təminetməlidir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət XidmətiMəlumat bankını mühafizə olunan telekommunikasiya kanalları ilətəmin etməli, Məlumat bankının təhlükəsizlik meyarları üzrəmonitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrəauditini həyata keçirməlidir.

Chosen
165
11
az.trend.az

10Sources