EN

Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolu bağlanıb.

Aktual.az xəbər verir ki, güclü qar yağması səbəbindən 35-36-cı kilometrdən başlayaraq yolda hərəkət məhdudlaşıb.

Eyni zamanda yola müxtəlif yerlərdə qaya və daş parçaları tökülüb.

5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda yolun açılması istiqamətində tədbirlər görülür.

Chosen
141
19
ulusum.az

10Sources