EN

Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti işlərinin 63 %-i tamamlanıb

Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 %-i, tikinti-quraşdırma işlərinin isə 63 %-i tamamlanıb.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.

Chosen
172
28
publika.az

10Sources