Qadınlar arasında Azərbaycan Yüksək Liqasında bu gün üçüncü yer uğrunda qarşılaşmalara start veriləcək.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq oyunda “Gəncə” klubu “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək. Seriyanın ilk matçı saat 15:00-da başlayacaq.
Komandalar arasındakı ikinci görüş isə sabah keçiriləcək.
Qeyd edək ki, bürünc medalın sahibi iki oyunun yekununa əsasən müəyyən olunacaq. Əgər hər iki komanda bir qələbə qazansa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq.
"Azərreyl" "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək
“Azərreyl”dən qələbə, “Neftçi” məğlub oldu
Yüksək Liqa: "Neftçi" yarımfinal matçına çıxacaq
Millimizin üzvləri Rumıniya çempionu olublar
Yüksək Liqa: “Azərreyl”dən əzmkar qələbə