Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sprint yarışı 2023-cü ildən fərqli olaraq 2024-cü ildə keçirilməyəcək. Bu, dekabrın 5-də dərc olunmuş 2024-cü il sprint yarış təqvimindən irəli gəlir. Beləliklə, sprint yarışları Çin Qran Prisi (Şanxay, 19-21 aprel), ABŞ Qran Prisi (Mayami, 3-5 may), Avstriya Qran Prisi (Spilberq, 28-30 iyun) və ABŞ Qran Prisi (Ostin, 18-20 oktyabr), Braziliya Qran Prisi (San-Paulu, 1-3 noyabr), Qətər Qran Prisi (Lusail, 29 noyabr-1 dekabr). Xatırladaq ki, Formula 1 mərhələləri çərçivəsində sprint yarışları ilk dəfə 2023-cü ildə keçiriləcək. Bundan başqa, Azərbaycan Qran Prisi bu yarışın debüt etdiyi təqvimdə birinci olub. Sprint yarış həftəsonu bir sıra məşq qaçışları əvəzinə keçirilir. Formula 1-in sifarişi ilə aparılan araşdırmalara görə, bu il sprint yarışı sayəsində Azərbaycan Qran Prisinin təsnifat hissəsinin tamaşaçıları 2022-ci illə müqayisədə 83% artıb. ABŞ Qran Prisində isə bu artım 139% təşkil edib. 2024-cü ildə Formula 1 Azərbaycan Qran Prisi ilk dəfə ilin ikinci yarısında – 13-15 sentyabrda keçiriləcək. 2023-cü il Azərbaycan Qran Prisinin qalibi Red Bull komandasının pilotu Serxio Peres olub. Azadmedia.az xatırladır ki, çərşənbə axşamı, dekabrın 5-də Bakıda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyası işə başlayıb, iclasda cari məsələlər müzakirə olunur, avtomobil yarışlarının müxtəlif növləri üzrə nominasiyalar üzrə ən yaxşılar mükafatlandırılacaq.