EN

Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq

Bakı. Trend:

Aprelin 21-də Azərbaycanın avtomobil yollarında dumanlı havaşəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildiriblər ki, aprelin 21-də gecə vəsəhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı havaşəraiti müşahidə olunacaq.

Bu səbəbdən avtomobil magistral yollarında görünüş məsafəsinin500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Dumanlı hava şəraitində yol hərəkəti iştirakçılarına aşağıdakıtədbirləri görmək tövsiyə olunur:

• Sürət həddini azaldın və yol şəraitinə uyğun hərəkət edin.

• Dönmə və əyləc manevrlərini əvvəlcədən planlaşdırın.

• Yaxın məsafədə olan nəqliyyat vasitələri ilə aranıqoruyun.

• Dumanlı hava şəraitində uzaq işıqları deyil, yaxın işıqlarıistifadə edin.

• Zərurət olmadıqda ötmə manevrindən çəkinin.

Yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərinbu tövsiyələrə əməl etməsi vacibdir.

Chosen
149
10
az.trend.az

10Sources