Aprelin 21-də Azərbaycanın avtomobil yollarında dumanlı hava şəraiti gözlənilir.
Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumata əsasən, aprelin 21-də gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.
Bu səbəbdən avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.