Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25 mövsümünün pley-off mərhələsinin ikinci oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün bir qarşılaşma olub.
“Gəncə” doğma meydanda “Şəki” ilə qarşılaşıb. Səfərdəki ilk oyunda məğlub olmuş Gəncənin eyniadlı təmsilçisi bu dəfə 94:71 hesabı ilə qalib gəlib.
Rəqiblərin ilk oyununda “Şəki” qalib gəldiyindən (85:84) növbəti mərhələyə çıxacaq komandanı müəyyənləşdirmək üçün üçüncü matç keçiriləcək. Bu cütün qalibi yarımfinalda “Sabah” – “Sərhədçi” qarşılaşmasının güclüsü ilə görüşəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ikinci oyunları çərçivəsində növbəti qarşılaşmalar aprelin 21-22-də keçiriləcək.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsinin ikinci oyunu
20 aprel
“Gəncə” – “Şəki” 94:71
Gəncə İdman Sarayı.