EN

Bir ailə dəm qazından məhv oldu - Ata, ana, 2 övlad...

Bir ailə dəm qazından məhv oldu - Ata, ana, 2 övlad...Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı və övladları Ümid və Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.

Chosen
206
30
sonxeber.az

10Sources