Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün üçüncü yerin sahibi məlum olacaq.
"Neftçi" "Xilasedici" ilə münasibətlərə aydınlıq gətirəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılşama saat 17:00-da start götürəcək. Komandalar arasında ilk oyunda “Xilasedici" rəqibini 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki,reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.