EN

Prezident İlham Əliyevdən Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı

Prezident

Prezident İlham Əliyev Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.“Ulusum”.az xəbər verir ki, başsağlığında deyilir:Zati-həzrətləri,Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma PapasıZati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdır.Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.Bu ağır itkinin kədərini bölüşür, Sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBak şəhəri, 21 aprel 2025-ci il

Diqqət Çəkənlər

Azərbaycan Konsaltinqlər Assosiasiyası: Xidmət Sektorunun Yeni Nəfəsi - FOTO

Papa Fransisk: Taxtda yox, sadəlikdə ucalan adam

Mayın 1-dən “e-bülleten” sisteminə keçilir

Chosen
232
49
ulusum.az

10Sources