Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən News24.az Report-a istinadən bildirilib ki, Lu Meyi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Çin səfirliyinin əməkdaşları və yüksək vəzifəli diplomatları qarşılayıblar.
Qarşılanma mərasimində səfir qeyd edib ki, Çin və Azərbaycan təkcə səmimi və etibarlı dostlar deyil, həm də bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır.
L.Mey vurğulayıb ki, iki ölkə liderinin strateji rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Çini Azərbaycanda təmsil etmək onun üçün böyük şərəfdir.
SÉ™fir dövlÉ™t başçıları arasında É™ldÉ™ edilmiÅŸ mühüm razılaÅŸmalara riayÉ™t etmÉ™yÉ™ vÉ™ praqmatik É™mÉ™kdaÅŸlığın inkiÅŸafı, xalqlar arasında qarşılıqlı anlaÅŸmanın möhkÉ™mlÉ™ndirilmÉ™si, elÉ™cÉ™ dÉ™ Çin-AzÉ™rbaycan strateji tÉ™rÉ™fdaÅŸlığının yeni sÉ™viyyÉ™yÉ™ qaldırılması mÉ™qsÉ™dilÉ™ AzÉ™rbaycan cÉ™miyyÉ™tinin bütün tÉ™bÉ™qÉ™lÉ™rinin nümayÉ™ndÉ™lÉ™ri ilÉ™ sıx É™mÉ™kdaÅŸlıq etmÉ™yÉ™ hazır olduÄŸunu bildirib.Â