EN

Eyvazlı gömrük postu bağlandı

Qubadlı rayonu ərazisində yerləşən Eyvazlı gömrük postu hazırda fəaliyyət göstərmir.

Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Gömrük postunun niyə bağlandığı açıqlanmayıb.

Qeyd edək ki, Qubadlı rayonunda yerləşən Eyvazlı gömrük postu 44 günlük müharibədən sonra, 11 sentyabr 2021-ci ildə qurulub. İşğal illərində İrandan Ermənistana gedən yolun bəzi hissələri Azərbaycan ərazisindən keçirdi. 44 günlük müharibədən sonra sərhədlərimizi bərpa edən ordumuz sözügedən yolun Azərbaycan ərazisindən keçən hissəsini nəzarətə götürdü və yolda sərhəd-keçid məntəqəsi quruldu, 11 sentyabr 2021-ci ildən isə Eyvazlı gömrük postu fəaliyyətə başladı.

Chosen
87
7
publika.az

10Sources