EN

7 gündür onlardan xəbər yoxdur:

Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar 7 gündür itkin düşüb. Bu günə qədər onlardan heç bir məlumat yoxdur.

Publika.az Musavat.com-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkindir.

Onlar birlikdə Maştağa qəsəbəsindən çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı – bibi qızı olublar.

Aygün Hüseynovanın atası Bəhram Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, bu günə qədər onlardan heç bir məlumat öyrənə bilmirlər.

Qızların heç birinin mobil telefonu olmayıb. Ailə bütün qohumlarla, qızların rəfiqələri ilə əlaqə saxlayıblar. Onların harada olması ilə bağlı heç kimin məlumatı yoxdur.

Məhəllədə olan kameralara baxılsa da qızları müşahidə etmək mümkün olmayıb. Onların kamera olmayan küçədən keçdikləri ehtimal olunur.

Chosen
247
4
publika.az

10Sources