EN

Elektron xəstəlik vərəqini kimlərin ala biləcəyi açıqlanıb

Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə bilər.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

O qeyd edib ki, xəstələr vərəqi kağız formada əldə etmək istəsələr tətbiq üzərindən elektron formanı kağız halda da əldə edə biləcək:

"Xəstəlik vərəqinin elektronlaşdırılması xəstəlik vərəqi alma prosesini sürətləndirəcək. qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq".

Chosen
126
10
far.az

10Sources