EN

Xroniki xəstəliklər mövzusunda i Beynəlxalq Elmi-Praktik simpozium baş tutdu




Bakıda 2-ci Beynəlxalq Elmi-Praktik simpozium keçirilib. The Ritz-Carlton otelində keçirilən tədbir “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusuna həsr olunub.

"Medicina" xəbər verir ki.Simpoziumunəsas məruzəçilərindən biri beynəlxalq dərəcəli spiker, Kolumbiyanın Javeraniya Universiteti “İnteqrativ Təbabət” kafedrasının professoru Arturo O.Birne olub.Kolumbiyalı professor “Xroniki xəstəliklərin diaqnostikasında 5 element nəzəriyyəsi” mövzusunda çıxış edib.

Xatırladaq ki, professor Arturo O.Birnenin simpoziumdan əvvəl Azərbaycan Tibb Universitetinin professor və müəllim heyəti ilə görüşü olub.14-18 aprel tarixlərində isə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində həm mədə-bağırsaq sistemi xəstəlikləri, allergiya, ateroskleroz, podaqra və metabolik sindrom pozulmalarından əziyyət çəkən pasientləri qəbul edib, həm də yerli həkimlər üçün seminar keçirib

“Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” elmi-praktik simpoziumun spikerləri T.E.D., professor Fikriyyə İbrahimli, T,E,D., ATU-nun mama-ginekologiya kafedrasının professoruNatəvan Axundova, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri terapevt Arzu Musayeva, qastroenteroloq Arzu Quliyeva, uzman pediatr Lalə Nəsirova da məruzələrindəinteqrativ tibblə bağlı yeni müalicə metodlarından bəhs edibvə praktik təcrübələrni paylaşıblar.



200-dən çox yerli həkimin iştirak ilə həyata keçirilən II Beynəlxalq Elmi-Praktik simpoziumda həkimlərə 7 DTT balı və sertifikat verilib.

MEDİCİNA.AZ




Chosen
104
1
medicina.az

2Sources