EN

Masazırda hesab açıldı, “Qarabağ” ilk finalçı oldu - Yenilənir

style='margin-bottom:10px;'>

Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib.

QOL.az xəbər verir ki, əvvəlcə yarımfinalın cavab matçında "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Səfərdə keçirilən ilk oyunda 0:1 hesabı ilə uduzan "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada 3 cavabsız qolla qalib gəlib və finala yüksəlib.

Digər oyunda isə "Neftçi" "Sabah"ın qonağıdır. "Neftçi"nin meydanında keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn "Sabah"ın bir qədər üstünlüyü var.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

23 aprel (çərşənbə)

20:00. “Sabah” – “Neftçi” - 1:0 (Birinci hissə)

Qol: Cesse Sekidika, 23
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
“Bank Respublika Arena”

İlk oyun - 2:1

17:00.“Qarabağ” – “Araz-Naxçıvan” - 3:0

Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabar
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:1

Chosen
181
5
teleqraf.com

10Sources