EN

Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda finalın adı bəlli olub.

Sportal.az xəbər verir ki, ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşləri məhz bu gün keçirilib.

"Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi" isə ilk oyunda uduzduğu "Sabah"la bu dəfə Masazırda üz-üzə gəlib. Qarşılaşma bərabərliklə yekunlaşıb.

Beləliklə "Qarabağ" və "Sabah" finala yüksəlib. Final matçı 31 may tarixində baş tutacaq.

Azərbaycan kuboku

Yarımfinal

23 aprel

17:00. "Qarabağ" - "Araz-Naxçıvan" 3:0

Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77 (pen)

İlk oyun: 0:1

20:00. "Sabah" - "Neftçi" 1:1

Qollar: Cesse Sekidika, 23 - Emin Mahmudov, 40

İlk oyun 2:1

saytlarin hazirlanmasi

Chosen
167
2
sportal.az

10Sources