EN

Vatikanda 9 günlük matəm elan edilib

Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı 9 günlük matəm elan edib.

Vətəninfo.az  xəbər verir ki, matəm 26 aprel başlayıb mayın 4-dək davam edəcək.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.

Aprelin 23-də Papa ilə Müqəddəs Pyotr bazilikində vida mərasimi başlayıb.

Dəfn mərasimi isə aprelin 26-da baş tutacaq.

Chosen
30
13
veteninfo.az

8Sources