EN

"Sabah" Azərbaycan Kubokunda finala vəsiqə qazanan 19-cu komandadır

"Sabah" futbol üzrə Azərbaycan Kubokunun 33 illik tarixində finala vəsiqə qazanan 19-cu komandadır.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna yarımfinal mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırmaqla (2:1, 1:1) nail olub.

“Qarabağ” 12, “Neftçi” 11, “Şamaxı” 6, “Xəzər Lənkəran” və “Qəbələ” 5, “Kəpəz” 4, “Bakı” 3, “Kür-Nur”, “Şəmkir”, “Sumqayıt” və “Zirə” 2 dəfə yarımfinalı uğurla keçib. “İnşaatçı” (Bakı), “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “İnşaatçı” (Sabirabad), “Xəzər” (Lənkəran) və “Karvan” isə “Sabah” kimi buna 1 dəfə nail olub.

Qeyd edək ki, 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq qalıb. "Sabah" finalda "Qarabağ"la üz-üzə gələcək.

“Sabah” finalda - “Neftçi” kubokla vidalaşdı - YENİLƏNİB

“Nürnberq”in üzvü: “Əgər Mahir meydana köklənmiş vəziyyətdə çıxsa…”

II Liqa: XXII tura yekun vurulub

Elmar Baxşıyev: "Komandama qarşı antipatiya var"

Qurban Qurbanov: "Biz kuboku yenə qazanmaq istəyirik"

Chosen
100
12
apasport.az

10Sources