“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün məlumat sessiyası təşkil edilib.
"Report"un yerli bürosunun məlumatına görə, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusuna həsr olunan tədbir Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Hüquq və İnsan Haqları İnstitutu ilə birgə təşkil olunub.
Sessiyanın keçirilməsində əsas məqsədin jurnalistlərin hüquqi biliklərinin artırılması və konstitusion əsaslarla bağlı maarifləndirici fəaliyyətlərin genişləndirilməsi olub.
Tədbirdə universal insan hüquqları, Azərbaycan təsbit olunmuş əsas hüquq və azadlıqlar, habelə insan və vətəndaş hüquqlarının təminatı, eləcə də milli və beynəlxalq hüquq müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib.
Məlumat sessiyası interaktiv şəkildə davam edib, iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.