EN

Azərbaycan XİN İrana başsağlığı verib

10:24 27.04.2025
10:24 27.04.2025

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

"İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb. 


Chosen
7
32
mynews.az

10Sources