EN

Qızları evində gizlədən taksi sürücüsünün kimliyi məlum oldu

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsünün kimliyi məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu, Ramiz Rasim oğlu Umudovdur.

Polis tərəfindən saxlanılan Ramiz Umudovun barəsində araşdırma aparılır.

Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Chosen
79
13
publika.az

10Sources