EN

Azərbaycanın Xalq rəssamı vəfat etdi

Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat verib.

R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

O, 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı olub. "Xalq rəssamı" fəxri adına 2000-ci ildə layiq görülüb.


Telegram kanalımız
Chosen
15
3
yenisabah.az

4Sources