EN

İran rəsmisi: “Tehran  ABŞ ilə danışıqlar barədə müttəfiqlərini məlumatlandırır”

Vətəninfo.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Braziliyada keçirilən BRİKS sammiti çərçivəsində  Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə deyib:
“İranın ABŞ-la dolayı danışıqlarda aydın prinsipi və mövqeyi var. İran hər zaman öz strateji müttəfiqlərini danışıqlardan xəbərdar edir. Çin həmişə Tehranın mühüm siyasi və iqtisadi tərəfdaşı olub”.
Vanq Yi öz növbəsində deyib: “Pekin İranla bütün səviyyələrdə mübadilələri davam etdirməyə hazırdır. İki tərəf arasında imzalanan strateji sənədə əsasən, Çin İranla əlaqələri möhkəmləndirəcək”.
Chosen
208
1
veteninfo.az

2Sources