EN

Netanyahu Azərbaycan səfərini təxirə saldı

İsrailin Baş naziri Benyamin Netanyahu 7-11 may tarixlərində planlaşdırılan Azərbaycan səfərini bölgədəki son inkişaflarla əlaqədar olaraq təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” hökümətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 “Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə açıqlamada bildirilir.

O, Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini əlavə edib.

Chosen
256
50
qafqazinfo.az

10Sources