EN

"Güclü zəlzələ olsa, camaatı necə çıxaracağıq? " - "Biz buna hazır deyilik"

Azərbaycan elə bir zonada yerləşir ki, zəlzələnin olmağı labüddür.

Bunu Musavat.com-a AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev deyib.

O bildirib ki, narahat olmağa dəyməz: "Yenidən zəlzələ olacağını proqnozlaşdırmaq çətindir. Zəif təkanlar ola bilər. Dəqiq məlumatı Seysmolji Mərkəz verəcək. Azərbaycanın istənilən ərazisində zəlzələ ola bilər. Biz buna hazır deyilik. Bakıda 4 milyon əhali yaşayır. Güclü zəlzələ olsa, camaatı necə çıxaracağıq? Yollar tutulur, binalar sıx tikilib. Təşvişə düşməklə can qurtarmaq olmaz. Hazır olmaq lazımdır".

Chosen
467
1
azpolitika.info

10Sources