Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, tədbirdə su-bataqlıq əraziləri üzrə Konvensiyanın, Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri çıxış edib.
Açılış nitqi ilə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi Umayra Tağıyeva ölkəmizdə su-bataqlıq ərazilərinin və bioloji müxtəlifliyin qorunması sahəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Panel sessiyalarda davam edən tədbirdə iqlim dəyişikliklərinin su-bataqlıq ərazilərinə və bioloji müxtəlifliyə təsirlərinin azaldılması istiqamətində yerli və beynəlxalq mütəxəssislər tərəfindən məruzələr dinlənilib, regional əməkdaşlığın, təcrübə mübadiləsinin rolu vurğulanıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






