EN

"James Webb" yeni qalaktika aşkar edib

NASA-nın "James Webb" Kosmik Teleskopu bilinməyənləri aradan qaldırmağa davam edir. Bu dəfə teleskop, sirli, kabus kimi bir obyekt müşahidə edib. "Hubble" Kosmik Teleskopu tərəfindən heç aşkarlana bilməyən obyekt, keçmişdə bəzi yerüstü teleskopların müşahidələrində ortaya çıxıb. 

MediaPost xəbər verir ki, sözügedən obyekt, "AzTECC71" kimi tanınan planetimizdən kifayət qədər uzaqda yerləşən qalaktikadır. Elm dünyası bu qalaktikanın tarixinin Böyük Partlayışdan təxminən 1 milyard il sonra başladığını düşünür. Belə ki, bu kabus kimi qalaktikaya qısa baxışlar belə astronomları həyəcanlandırır. Çünki bu, bizə kainatımızın təkamülünün ən qədim strukturlarına nəzər salmağa kömək edir.

"James Webb" bu xəyali obyekti aşkar etdikdən sonra bəzi maraqlı detallar ortaya çıxıb. "AzTECC71" kimi qalaktikalar çoxdan mövcud ola bilər. Əgər belədirsə, kainatın ilkin vəziyyəti ilə bağlı nəzəriyyələr tamamilə dəyişə bilər. Belə olan halda alimlər ilkin kainatı yenidən modelləşdirməli olurlar.

Qeyd edək ki, "AzTECC71" tozlu quruluşa malikdir.

Leyla Rüstəmova

Xəbərlər departamenti

Chosen
237
7
mediapost.az

7Sources