ABŞ prezidenti Donald Tramp Oval kabineti ona uğursuz sui-qəsd cəhdinə həsr olunmuş heykəllə bəzədib.
Herbiand.az bildirir ki, bu barədə Fox News xəbər verib.
Heykəl prezidentin mətbuat qarşısında bir sıra fərmanlar imzaladığı zaman masasının yanında görünüb. O, 2024-cü ilin iyulunda bütün dünyada yayılan, güllə qulağına dəydikdən sonra zəfər üçün yumruğunu qaldıran Trampın şəklini canlandırır.
Qeyd edək ki, prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler yaxınlığındakı seçki kampaniyasında çıxış edən zaman sui-qəsdə məruz qalıb. O, sağ qulağının yuxarı hissəsindən güllə yarası alıb.
Bəxtiyar CƏFƏRLİ