EN

Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı kurslarına dəvət edir - Vətən Naminə

">

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, peşə kurslarına 2023-2024-cü illərdə həmin ərazilərdə məskunlaşmış, habelə məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər.

Kurslarda iştirak etməklə siz əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və peşələr üzrə işlə təmin olunmaq imkanı qazanacaqsınız.

Peşə hazırlığı kurslarına:

DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək,
və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.
Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir.

Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil ediləcək.

 

Laçın,
Chosen
135
7
vetennamine.az

3Sources