EN

UEFA "Çelsi"ni seçim qarşısında qoyacaq: ÇL, yoxsa AL?

"Çelsi" müəyyən şərtlər daxilində növbəti mövsüm üçün hansı avrokubok turnirində iştirak edəcəyini özü seçə bilər.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Qitənin ali futbol qurumu London klubuna belə bir seçim hüququnu yalnız iki hal baş verdikdə verəcək. "Çelsi" Premyer Liqada Çempionlar Liqası zonasını ("ilk beşlik") tutmalı və eyni zamanda Konfrans Liqasının finalında "Betis"i məğlub etməlidir.

Qeyd edək ki, Konfrans Liqasının qalibi avtomatik olaraq növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanır. Bu iki şərt yerinə yetirilsə, "Çelsi" 2025/26 mövsümündə Çempionlar Liqası (ÇL) ilə Avropa Liqası (AL) arasında seçim edə biləcək.

Bildirilir ki, bu qayda əsasən aşağı reytinqli liqalardan olan və həm Konfrans Liqasını qazanan, həm də yerli çempionatda birinci olan komandalar üçün tətbiq edilib. Belə klublar Çempionlar Liqasına seçmə mərhələdən qatılmaqda çətinlik çəkəcəklərini düşünürlərsə, Konfrans Liqasının qalibi kimi birbaşa Avropa Liqasına getməyi seçə bilirlər.

Chosen
290
50
publika.az

10Sources