Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Aleks Oksleyd-Çemberleyn ciddi zədə alıb.
Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Superliqanın XXXV turunda "Adana Dəmirspor"a 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada sıradan çıxıb.
O, matçın 11-ci dəqiqəsində sağ dizindən zədələnib.