Bakı. Trend:
14 may tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi(İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vəAzərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq)tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgətərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçünkibertəhlükəsizlik mövzusunda təlim keçirilib.
Trend xəbərverir ki, təlimin keçirilməsində məqsəd media nümayəndələrinimüasir kibertəhlükələr barədə məlumatlandırmaq, onların butəhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmasına töhfəverməkdir.
Tədbirdə Prezident Administrasiyasının sektor müdiri ElmirVəlizadə, İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianınİnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ETX-nınrəisi Samir Rəsulov açılış nitqləri ilə çıxış edib.
Çıxışlarda media sahəsində baş vermiş mövcud kiberinsidentlər vəkiberdayanıqlıq səviyyəsi məsələlərinə toxunulub, eyni zamandamedia subyektlərində İT infrastrukturunun təkmilləşdirilməsi vəkibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi önəçəkilib.
50-dən çox media subyektinin nümayəndəsinin iştirak etdiyi təlimsessiyalarında adı çəkilən qurumların aidiyyəti sahə üzrəekspertləri, həmçinin İsrailin “Technion” Texnologiya İnstitutununvə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçiləri tərəfindənkiberdayanıqlılıq, kiberinsidentlərin qarşısının alınması üçünqabaqlayıcı tədbirlər, fişinq və sosial mühəndislik texnikaları,media qurumlarının sosial media hesablarının qorunması,təhlükəsizlik üçün tövsiyə olunan bulud xidmətləri kimi media üçünmühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulub.
Hər sessiyanın sonunda iştirakçıları maraqlandıran suallarcavablandırılıb.