Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinin (EPAS) İdarə Heyətinin Bürosuna üzv seçilib.
Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Fransanın Strasburq şəhərində Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinin (EPAS) İdarə Heyətinin 19-cu iclası keçirilib. Azərbaycanı bu tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təmsil edib. Tədbirdə Avropa ölkələrinin idman sahəsində məsul vəzifə daşıyan nümayəndələri iştirak ediblər.
Tədbir zamanı növbəti illər üçün strategiya və idmanda inklüzivlik, təhlükəsizlik məsələləri, idmanla bağlı konvensiyalar və digər mövzular ətrafında müzakirələr aparılıb.