EN

Yunanıstan Santorini üçün fövqəladə hazırlıq planı açıqlayıb

BAKI, TurkicWorld

Santorini adasında zəlzələ riskinə qarşı fövqəladə tədbirlər tətbiq edilib.

TurkicWorld xəbər verir ki, Yunanıstan hökuməti fevral və mart aylarında Santorini adasında artan seysmik aktivliyə cavab olaraq, ehtiyat tədbirlərini gücləndirib.

Rəsmi Qəzetdə yayımlanan və müxtəlif nazirliklərin birgə qərarı ilə qüvvəyə minən mülki müdafiə tədbirləri 15 noyabr tarixinədək qüvvədə qalacaq.

Tədbirlər həm ada sakinlərinin, həm də turistlərin təhlükəsizliyini təmin etməyi hədəfləyir.
Bu çərçivədə limanlarda nəqliyyat vasitələrinin bərə giriş-çıxışına məhdudiyyətlər qoyulacaq, bəzi sahələr boş saxlanılacaq, və sürüşmə riski olan zonalara giriş qadağan ediləcək.

Qeyd edək ki, Santorini seysmik cəhətdən fəal bölgə hesab olunur və son aylarda bu risk daha da artıb.

Chosen
205
17
turkic.world

10Sources