Bakı, 16 may, AZƏRTAC
Atletika millimizin üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli “UNG Meeting” yarışında uğurla çıxış edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
İdmançı 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib və bürünc medal qazanıb.