EN

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Paytaxt.org-a, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəzər rayonu ərazisində ayrı-ayrı 3 vətəndaşa məxsus yaşayış sahələrindən elektrik naqilləri, təmir, təsərrüfat alətləri oğurlanıb və nəticədə zərərçəkənlərə 2200 manatdan artıq maddi zərər vurulub.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 47 yaşlı R.Sadıqov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Chosen
5
3
paytaxt.org

4Sources