EN

İlham Əliyevin Albaniyadakı sammitdə iştirakı ölkəmizin daha bir uğurudur

"Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitində iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun daha bir uğurudur. Bu iştirak Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin sammitlərində fəal iştirak edir:

"Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir. Məhz Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin bariz nümunəsi kimi tarixə düşdü, Azərbaycanın suverenlik və ərazi bütövlüyü uğrunda diplomatik mübarizəsində dönüş nöqtəsi oldu.

2022-ci ilin oktyabrında keçirilən Praqa sammiti, Avropa Siyasi Birliyi çərçivəsində ilk toplantı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm bir hadisəyə çevrildi".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa İttifaqı (Aİ) və Avropa ölkələri ilə əlaqələrinin davamlı inkişafının növbəti aydın təzahürü oldu: "Bu səfər yalnız diplomatik protokol çərçivəsində deyil, həm də Azərbaycanın regiondakı və qlobal miqyasda artan rolunun nümayişi baxımından mühüm əhəmiyyət daşıyır".

Chosen
115
50
publika.az

10Sources