EN

Rövşən İsax türkiyəli yutuberin "Vicdan haqqı"nı tənqid etməsinə münasibət bildirdi

BAKI, 19 may. TELEQRAF

Türkiyəli yutuber Murat Sonerin Azərbaycanda yayımlanan “Vicdan haqqı” serialını tənqid etməsinə serialın rejissori Rövşən İsax münasibət bildirib.

Rövşən İsax Teleqraf-a açıqlamasında Murat Sonerin fikirlərini əhəmiyyətli hesab etmədiyini deyib.

“Yutuber Murat Soneri tanımıram. Axı, o, elə bir ictimai fiqur deyil ki, fikirlərini müzakirə edək. Sosial platformalarda izləyicisi lap bir milyon olsun. Mənim üçün nəinki maraqlıdır, heç önəm kəsb etmir. Adını eşitməmişəm, tanımıram, tanımaq da istəmirəm”, - R.İsax deyib.

Qeyd edək ki, yutuber Murat Sonerin tənqid etdiyi seriallar sırasında “Əlvida xoşbəxtlik”, “Günhasız günahkarlar” kimi Azərbaycan efirinə çıxan ekran əsərləri də var.

Xatırladaq ki, Murat Soner Bakı səfərindən vloq hazırlayıb. Video yutub platformasında trendə düşüb, hazırda 12-ci yerdədir və yarım milyon baxış sayı yığıb.

Chosen
11
3
teleqraf.com

10Sources