Onun sözlərinə görə, bu cür məhsullar allergik xəstəliyi olan şəxslərdə vəziyyəti ağırlaşdıra və simptomları artıra bilər:“Təbii ki, bu maddələr siqaret və ya qəlyan qədər zərərli deyil. Amma əgər insanın tənəffüs yollarında allergiya varsa — məsələn, allergik astma və ya rinokonyunktivit kimi hallarda — bu kimyəvi maddələr xəstəliyi provokasiya edərək aktivləşdirə bilər. Daha çox rast gəlinən hallar ondan ibarətdir ki, məsələn, allergik astması olan və qoxulara həssaslığı olan şəxs bu cür aromatik məhsulların istifadə olunduğu otağa daxil olduqda boğulma və narahatlıq halları müşahidə olunur”.Sevinc İbrahimzadə / Metbuat.az