EN

Yaşayış binasında yanğın: Ana və oğlu zəhərləndi

10:39 20.05.2025
10:39 20.05.2025

Naftalanda yaşayış binasında yanğın olub.

Mynews.az xəbər verir ki, yanğın Naftalan şəhər ərazisində yerləşən 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzillərin birində qeydə alınıb.

Nəticədə 1973-cü il təvəllüdlü U.Əhmədova və onun oğlu B.Əhmədov tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Chosen
5
46
mynews.az

10Sources