ABŞ prezidenti Donald Tramp “Qızıl Qübbə” adlı nəhəng raketdən müdafiə sistemi qurmaq planı barədə açıqlama verib.
Publika.az xəbər verir ki, Trampın sözlərinə görə, layihənin dəyəri 175 milyard dollardır.
O bildirib ki, layihəyə ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Qetleyn rəhbərlik edəcək:
“Hava hücumundan müdafiə sistemi üç il ərzində işə salınacaq. Artıq dizayn seçilib. Bu dizayn bizim hazırkı müdafiə imkanlarımızla birləşdiriləcək. "Qızıl Qübbə" tam olaraq qurulduğunda, dünyanın o biri tərəfindən və hətta kosmosdan atılan raketləri ələ keçirmə qabiliyyətinə sahib olacaq".