Özbəkistanda və Qazaxıstanda keçirilən beynəlxalq turnirlərdə medal qazanmış idmançılarla Azərbaycan Velosiped İdmanı Federasiyasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov beynəlxalq turnirlərdə medal qazanmış idmançıları təbrik edib və bu uğurların davamlı olmasını diləyib.
Yarışlarda yüksək nəticə göstərmiş idmançıların federasiya prezidenti Zaur Axundov tərəfindən mükafatlandırılması ilə bağlı qərar qəbul edildiyini bildirən 1-ci vitse-prezident, Özbəkistanda 1 gümüş və 1 bürünc medal əldə etmiş Artyom Proskuryakova, Özbəkistan və Qazaxıstanda 2 bürünc qazanmış Viktoriya Sidorenkoya və Qazaxıstanda bürünc medala layiq görülmüş Məryəm Hüseynovaya mükafatları təqdim edib.
Təmsilçimiz Dünya Kubokunda gümüş medal qazanıb
Dubayda Azərbaycanı İbrahim Əliyev təmsil edəcək
Azərbaycanın hokkey komandası ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək
Daha bir təmsilçimiz finala vəsiqə qazanıb
Təmsilçimiz Dünya Seriyasının finalında