Bakı. Trend:
Latviyanın paytaxtı Riqada cüdo üzrə veteranlar arasında Avropaçempionatı start götürüb.
Trend xəbər verir ki, ilkyarış günündə milli komandamız aktivinə bir qızıl medalyazdırıb.
90 kq çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli bütünrəqiblərinə qalib gələrək karyerasında 11-ci dəfə Avropa çempionutitulunu qazanıb. M-8 yaş kateqoriyasında tatamiyə çıxantəmsilçimiz finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlubedib. Fərhad Rəcəbli həmçinin 12 qat dünya çempionudur.
Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur.Qitə turnirində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.