EN

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, B qrupunun II turunda Fransa yığması Özbəkistan seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma qollu bərabərliklə başa çatıb - 3:3.

Fransızlar ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya yenilib - 1:2.

Bu gün saat 16:30-da, B qrupunun Çad - Rumıniya qarşılaşması da baş tutacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Chosen
204
33
report.az

10Sources